Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənir.

Təhsil Nazirliyindən Elitinfo.az-a bildirilib ki, dekabrın 13-dən 19-dək platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 milyon 380 min 657, müəllimlərin sayı 127 min 104, aktiv istifadəçi sayı 1 milyon 39 min 694 nəfər olub. Həftə ərzində “Virtual məktəbdə” 6 milyon 145 min 653 dərs keçirilib.