Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılma tempi təlaşlı vəziyyətdə qalmaqdadır. Buna görə də məhdudiyyətlər və virusdan qorunmaq üçün təbliğat işləri daha da gücləndirilib.
Elitinfo.az Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, dekabrın 20-də Türkiyədə 158 min 892 nəfər testdən keçirilib. Onlardan 20 min 316 nəfərdə virus əlaməti aşkarlanıb, 3546 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 246 nəfər ölüb, 21 min 218 xəstə isə sağalıb.
Hazırda 5347 xəstə infeksiya səbəbindən reanimasiyadadır. İndiyədək ölkə üzrə iki milyondan çox nəfərdə infeksiya aşkarlanıb. COVID-19-dan ölənlərin sayı 18 min 97 nəfərə çatıb.
Qeyd edək ki, hökumətin riskləri azaltmaq məqsədilə tətbiq etdiyi növbəti həftəsonu “Evdə qal!” rejimi dekabrın 21-də saat 5:00-da başa çatacaq. Həftənin ilk beş günü tətbiq olunan gündəlik “Evdə qal!” rejimi isə sabah saat 21:00-dan saat 5:00-dək davam edəcək.