Azərbaycan Respublikasi Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Sosial Xidmətlər Agentliyi”-nin maliyə dəstəyi ilə Noyabr ayından başlayaraq “Mərhəm”Kimsəsizlərə Yardım İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün psixo-sosial dəstək tədbirlərinin təşkilinə başlamışdır.
Elitinfo.az-a İctimai Birlikdən  bildirilib ki, layihəmiz Oğuz,Şamaxı,Qobustan şəhər və rayonlarını əhatə edib, uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi, həmin uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlarin cəmiyyətə inteqrasiyasinin təmin etmək kimi işləri özündə birləşdirir.
Mərkəzlərin işçilərinin bilik ve bacarıqlarının mütəmadi olaraq artırılması məqsədi ilə ekspertlər tərəfindən təlimlər keçirilir.
Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi məqsədi ilə sorğuların aparılır, Ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirilməsi istiqamətində seminarlar təşkil edilir.
Layihənin əsas məqsədlərindən biri də müharibədən əziyyət çəkən xüsusi qayğıya ehtiyaci olan uşaqlara psixo-sosial dəstəyin göstərilməsidir.