Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Mortonla telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Elitinfo.az-a bildirilib ki, nazirlər bölgədəki cari vəziyyəti 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin iqlim dəyişikliyi və atmosferə buraxılan zərərli maddələrin azaldılması mövzusu, bu xüsusda BMT çərçivəsində təşəbbüslərin dəstəklənməsi, eləcə də enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.