Noyabr ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı artıb.
Elitinfo.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, keçən ay OPEC-in neft istehsalı oktyabr ayı ilə müqayisədə 710 min barrel artaraq sutkada 25 milyon 110 min barrel olub. OPEC-in dünya neft hasilatındakı payı isə 27,1 faizə yüksəlib.
Keçən ay OPEC üzrə neft istehsalını ən çox artıran ölkələr Liviya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. Noyabrda Liviyada gündəlik hasilat əvvəlki aya görə 656 min barrel, BƏƏ-də isə 75 min barrel artıb.
Ay ərzində kartelə üzv ölkələrdən neft istehsalı ən çox İraqda azalıb. Bu ölkənin sutkalıq hasilatı 76 min barrel geriləyib.
Noyabrda dünyadakı qazma qurğularının sayı oktyabrla müqayisədə 58 ədəd artaraq 1193 olub. Həmin qurğuların 329-u OPEC-ə üzv ölkələrdədir.