Böyük Britaniyada Pfizer / BioNTech şirkətlərinin hazırladığı koronavirusa qarşı peyvəndin bu gündən tətbiqinə başlanılıb.
Şimali İrlandiyanın Enniskilen şəhərində yaşayan 90 yaşlı Margaret Kinan adlı qadın, peyvəndin tətbiq olunduğu ilk insan olub.
Peyvənd proqramı ölkə daxilində təyin olunan 70 xəstəxanada həyata keçiriləcək.
Peyvənd ilk olaraq səhiyyə işçiləri, 70 yaşından yuxarı olan və qocalar evində yaşayan şəxslərə tətbiq olunacaq.