Azərbaycanın ABŞ-dakı səfirliyində Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın xatirəsinin anım mərasimi keçirilib.

Elitinfo.az xəbər verir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə öz həyatlarını qurban vermiş qəhrəman zabit və əsgərlərimiz, habelə soydaşlarımızın xatirəsinin daim yüksək fəxarətlə yad edilməsinin, onların ailələrinə dəstəyimizin əsirgənməməsinin vacibliyini bildirən səfir Elin Süleymanov şəhidlərimizin Vətən uğrunda canlarını fəda etməklə Azərbaycanın şanlı zəfər tarixini öz qanları ilə yazdıqlarını, bu gün hər birimizin onlara borclu olduğumuzu diqqətə çatdırıb.

Həmçinin torpaqlarımızın işğaldan azad olunmasından sonra Azərbaycan həqiqətlərinin və ölkəmizin haqq səsinin ABŞ ictimai-siyasi dairələrində daha fəal şəkildə təbliğ olunmasının, bölgəmizin inkişafı naminə səylərin daha da genişləndirilməsinin vacibliyi bildirilib.