Aprelin 28-də Bakıda “Azərbaycanda davamlı su və tullantı sularının idarə edilməsi” mövzusunda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından (“AHK-Azərbaycan”) Elitinfo.az-a bildirilib ki, biznes forum hər iki ölkənin şirkətləri arasında həllyönümlü ikitərəfli mübadilə imkanlarına yol açacaq.

Qeyd edək ki, alman texnologiya təminatçıları aprelin 27-30-da ölkəmizdə səfərdə olacaq. Nümayəndə heyəti səfəri zamanı Azərbaycan bazarı haqqında konkret ilkin məlumatları əldə edəcək və B2B görüşlər, dövlət qurumlarına ziyarətlər, dəyirmi masalar vasitəsilə ölkənin əsas səlahiyyətli qurumları ilə əlaqə yaratmaq imkanı əldə edəcəklər.