Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsinə həsr edilən anım mərasimi Bibiheybət məscidində də keçirilib.

Elitinfo.az xəbər verir ki, İkinci Qarabağ müharibəsində canından keçmiş qəhrəman oğullarımızın xatirəsi ehtiramla yad edilib. Şəhidlərimizin ruhuna dualar oxunub, namaz qılınıb.

Məscidin axundu Rahib Babayev şəhidlərimizin xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını bildirib.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti nəticəsində torpaqlarımız düşmənin işğalından azad olundu. Bu müqəddəs amal uğrunda canını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.