Daxili İşlər Nazirliyi (DİN) vətəndaşları xüsusi karantin rejimi qaydalarına ciddi əməl etməyə çağırır.
DİN-in mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, müraciətdə virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, xüsusi karantin rejimi qaydalarına zidd olaraq yaşayış yerlərinin tərk edilməsi hallarının müşahidə olunduğu vurğulanıb.
Qeyd edilib ki, dekabrın 2-də polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt ərazisində və respublikamızın ayrı-ayrı şəhər və rayonlarında 27 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb. Onlar əsasən əhalinin intensiv hərəkət etdiyi ictimai yerlərdə aşkarlanıblar. Müəyyən olunan xəstələrdən 25-i evə qaytarılıb, 2 ağır xəstə isə həyatını itirib. Eləcə də 20 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.
DİN vətəndaşlarımıza bir daha müraciət edərək xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunmasına çağırıb.