Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təşkilatçılığı ilə “Uşaqlar və incəsənət” layihəsinə start verilib.
Elitinfo.az xəbər verir ki, layihə çərçivəsində artıq ilk tədbir keçirilib. Layihənin ilk qonağı Əməkdar artist Elnur Kərimov olub. Yüksək səviyyədə təşkil edilən tədbir uşaqlarda böyük maraq oyadıb.
Qeyd edək ki, layihə çərçivəsində keçirilən tədbir və görüşlər “Instagram” üzərindən canlı yayım vasitəsilə həyata keçirilir. Layihənin məqsədi incəsənət və yaradıcılığın uşaqların sosial, emosional və fiziki inkişafına verə biləcəyi töhfələri araşdırmaq, onun uşaqların həyatındakı rolunu müəyyənləşdirməkdir.
Uşaqlarda incəsənətə olan marağı daha da yüksəltmək və bu sahədə kütləviliyin təmin olunması istiqamətində görülən işlərə öz töhfəsini vermək üçün mərkəz bundan sonra da bir sıra tədbirlərin təşkilini planlaşdırıb.