Elitinfo.az MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyası Şurasının sədri Valentina Matviyenko MDB PAA-nın 51-ci plenar iclasında bildirib ki, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Parlamentlərarası Assambleyasının Şurası və ÜST-ün Avropa bürosu “COVID-19-la mübarizədə parlamentlərin rolu” adlı birgə bəyanat qəbul ediblər.

“MDB PAA Şurasının iclasında əsas mövzu MDB dövlətlərində pandemiya ilə əlaqədar görülən tədbirlərin qanunvericilik təminatı olmuşdur. ÜST-ün Avropa Regional bürosunun direktoru Hans Klugenin də iştirak etdiyi müzakirəni nəzərə alaraq, COVID-19 ilə mübarizədə parlamentlərin rolu ilə əlaqədar birgə bəyanat qəbul edilib. Bu sənəddə MDB PAA Şurası və ÜST-ün bürosu Birlik ölkələrinin parlamentləri və hökumətlərini, digər beynəlxalq təşkilatları pandemiya ilə mübarizədə beynəlmiləl həmrəyliyə çağırıblar”, – deyə, Valentina Matviyenko vurğulayıb