Əfqanıstanın Gəznə şəhərində törədilən terror aktı nəticəsində 23 nəfər həlak olub.

Elitinfo.az xəbər verir ki, bu barədə Gəznə vilayəti administrasiyasının nümayəndəsi Vahidullah Cumazadə bildirib.

O qeyd edib ki, terror aktı zamanı Əfqanistan ordusunun xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi bina partladılıb. Terrorçular bomba quraşdırılmış avtomobili binanın yanında saxlayıb və uzaqdan idarəetmə pultu ilə onu partladıblar. Bina dağılıb, nəticədə 23 nəfər ölüb, 16 nəfər isə ağır yaralanaraq xəstəxanaya çatdırılıb.

Hadisə yerində araşdırma aparılır.