Bakı Ali Neft Məktəbi (BANM) və Estoniyanın Tallinn Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
BANM-dən Elitinfo.az-a bildirilib ki, müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Tallinn Texnologiya Universitetinin Akademik məsələlər üzrə prorektoru Hendrik Voll və İnformasiya-Kommunikasiya Texnologiyaları Məktəbinin dekanı professor Gert Jervan imzalayıb.
Müqavilə hər iki ali təhsil müəssisəsinin tədqiqat və təhsil, tədris proqramlarının hazırlanması üzrə konsultasiyaların keçirilməsini, “Erasmus+” və “Horizon” beynəlxalq proqramları çərçivəsində tələbə və əməkdaşların mübadiləsini, yay/qış məktəblərində iştirakı, “TalTech”in konsepsiyası əsasında Kibertəhlükəsizlik Mərkəzinin təsis olunması üzrə məsləhətləşmələr aparılmasını, informasiya texnologiyaları üzrə tədqiqat sahəsində əməkdaşlıq məsələlərini əhatə edir.
Əməkdaşlıq müqaviləsi 3 (üç) il ərzində etibarlı olacaq.