Hindistan ordusunun hərbi hava qüvvələrinə məxsus MİQ-29K təlim təyyarəsi Ərəb dənizi üzərində uçuş edərkən qəzaya uğrayıb.

Elitinfo.az Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə noyabrın 26-da axşamüstü baş verib. Qəza nəticəsində itkin düşən 2 pilotdan biri tapılaraq xilas edilib. Digər pilotun axtarışları davam edir.

Hələlik qəzanın detalları barədə məlumat yoxdur.