Təhsil Nazirliyi Kəlbəcər rayonunun təhsil statistikasını açıqlayıb.
Nazirlikdən Elitinfo.az-a bildirilib ki, Kəlbəcər rayonunda 1992-1993-cü tədris ilində – işğal olunana qədər 96 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 9 min 747, müəllimlərin sayı isə 1113 nəfər olub. 2020-2021-ci tədris ilində rayon üzrə 109 təhsil müəssisəsi fəaliyyətdədir, müəllimlərin ümumi sayı 1952, şagirdlərin sayı isə 15 min 666 nəfərdir.