Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslının “Qarabağ folkloru: janr poetikası və mərasim ənənələri” adlı kitabı nəşr olunub.

İnstitutdan Elitinfo.az-a bildirilib ki, kitabda Qarabağın folklor mühitindən bəhs edilir. Nəşrin elmi redaktoru folklorşünas alim, filologiya üzrə elmlər doktoru, professor Cəlal Bəydilidir. Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitab Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarını işğaldan azad edən şanlı ordumuzun parlaq qələbələrinə ithaf edilib.