“Caspian Energy Club”un üzvlərinin “Qarabağ Azərbaycandır!” mövzusunda ümumi toplantısı keçirilib. Ümumi iclas çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin abadlaşdırılması ilə bağlı məsələlər müzakirə edilib.

Klubdan Elitinfo.az-a bildirilib ki, “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuzun bizə yaşatdığı qələbə sevincini dilə gətirib, əldə olunmuş nəaliyyətlərin əzəmətinin illər sonra bizə daha aydın şəkildə təzahür edəcəyini, lakin müharibənin acı nəticələrinin də qaçınılmaz olduğunu diqqətə çatdıraraq mülki əhali arasında, eləcə də, döyüş meydanlarında şəhidlik zirvəsinə ucalmış vətəndaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsini təklif edib. Daha sonra iclasda səsləndiriləcək təkliflərin ölkənin ali rəhbərliyinə yazılı surətdə çatdırılacağını bildirilib.

T.Əliyev sahibkarların ölkə başçısının iqtisadi ordusu olduğunu vurğulayaraq işğaldan azad olunmuş torpaqlarda infrasturukturun yenidən bərpası üçün hər kəsin əlindən gələni əsirgəməyəcəyindən əmin olduğunu deyib.

“Caspian Energy Club”un idarə heyətinin üzvü və “Gazelli Group”un təsisçisi və prezidenti Zərifə Həmzəyeva iştirakçıları qələbə münasibətilə təbrik edib. O, müharibə dövründə həyəcanlı anların yaşanıldığını, hər kəsin faydalı olmaq üçün əlindən gələni əsirgəmədiyini, Azərbaycan Prezidenti və Birinci vitse-prezidentinin işğaldan azad olunmuş torpaqlara səfərindən qürur hissi keçirdiyini, düşmən tərəfindən yararsız hala salınmış infrastrukturun qısa müddət ərzində dövlətimiz tərəfindən bərpa ediləcəyini və bu işlərin planlı şəkildə mərhələlərlə həyata keçirilməsində sahibkarların birmənalı rolunu vurğulayıb. Daha sonra Z.Həmzəyeva təklif edib ki, klubun dəstəyi ilə “Qarabağ Azərbaycandır!” yardım fondu yaradılsın, şəffaflıq təmin edilməklə ehtiyyacı olan şəhid ailələrinə və qazilərimizə daim dəstək göstərilsin.

“Caspian Energy Club”un və“Azərsun Holdinq”in idarə heyətinin üzvü Savaş Uzan iştirakçıları qələbə münasibətilə təbrik edib, Prezident və Birinci vitse-prezidentin işğaldan azad olunmuş ərazilərə səfərini sevinclə izlədiyini bildirib. Qələbənin uzun sürən hazırlıqlar nəticəsində əldə oldunduğunu, Ali Baş Komandanın dəmir yumruq ifadəsində Azərbaycan xalqının və ordusunun ona olan inamının, şəhidlərin qanının, qazilərin fədakarlığının, arxa cəbhədə aparılan iqtisadi mübarizənin danılmaz rolunun olduğunu və bu birliyin nələrə qadir ola biləcəyini hərkəsə göstərdiyini qeyd edib. S.Uzan məcburi köçkünlərin torpaqlarına qayıtdıqdan sonra onların məşğulluğunu qarşılayacaq imkanların yaradılmasında sahibkarların üzərinə böyük məsuliyət düşəcəyini, “Azərsun Holdinq” olaraq həmin ərazilərdə kənd təsərrüfatı ilə bağlı, eləcə də marketlər şəbəkəsinin qurulması istiqamətində layihələrin planlaşdırıldığını qeyd edib: “Biz “Qarabağ” futbol kulubnun oyunlarının yenidən doğma torpaqlarında təşkil edilə biləcəyindən şadıq”.

T.Əliyev iclasda iştirak edən türk qardaşlarımızın timsalında başda Prezidnet Recep Tayyip Erdoğan olmaqla Tükiyə Cümhuriyyətinin bütün vətəndaşlarına göstərdikləri dəstəyə görə təşəkkür və ehtiramını bildirib, müharibə ərəfəsində dəstəyini əsirgəməyən digər dövlətlər və beynəlxalq təşkilatların səylərini yüksək qiymətləndirib.

“Caspian Energy Club”un idarə heyətinin üzvü və “Ziraat Bank Azərbaycan”ın idarə heyətinin sədri Avni Demirci Azərbaycan və Türiyə arasında əzəli qardaşlıq bağlarının olduğunu, iki dövlət bir millət kəlamının dünya dövlətləri arasında alternativinin olmadığını, qazanılmış qələbəyə Türkiyə vətəndaşlarının azərbaycanlılar qədər sevindiyini vurğulayıb. O, ötən müddət ərzində dünya birliyinin və beynəlxalq təşkilatların Qarabağı Azərbaycan torpağı kimi tanımasına baxmayaraq hərəkətsizlik göstərdiklərini, lakin ölkə iqtisadiyatının güclənməsi ilə orduya zamanında edilmiş düzgün yatırımlar nəticəsində düşmənin müdafiə xəttinin darmadağın edildiyini, bu tarixi hadisəyə şahidlik etdiyi üçün qürur hissi keçirdiyini və Azərbaycan Ordusunun üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdiyini deyib. Dövlətin orada əsas işləri həyata keçirdikdən sonra sahibkarlar tərəfindən fabrik, zavod, iaşə obyektləri və bankların yaradılması istiqamətində məqsədyönlü fəaliyyətin həyata keçirilməsinin zəruri olduğunu, təhlüəsizlik tədbirləri görüldükdən sonra “Ziraat Bank”ın ilk şöbəsinin açılacağını və insanların maliyyə probləmlərinin həll edilməsi ilə bağlı lazımi köməkliyin göstəriləcəyini və güzəştli kreditlərin veriləcəyini bildirib.

“Caspian Energy Club”un idarə heyətinin üzvü və “Ase Asya Afrika Hızlı Kargo və Dağıtım”ın baş direktoru Rəşad Abasov qələbənin xalq, ordu və dövlətin iqtisadi gücü nəticəsində əldə olunduğunu qeyd edib. İnsanların maddi, sosial vəziyyətindən asılı olmayaraq orduya dəstək verməsini yüksək qiymətləndirdi və iş adamlarını Qarabağın çiçəklənməsi istiqamətində görüləcək işlərdə birgə addımlar atmağa çağırıb. Şirkət olaraq logistika və tikinti sahəsində fəaliyyət göstərdiklərini qeyd edən R.Abasov tikinti sektoru ilə bağlı artıq möyyən layihələr əsasında dövlətə təkliflər verdiklərini, həmçinin logistika sahəsin iqtisadiyyatın ayrılmaz hissəsi olduğunu və Qarabağın bir neçə bölgəsində öz xidmətlərini sahibkarların istifadəsinə vermək niyyətində olduqlarını deyib.

“Caspian Energy Club”un idarə heyətinin üzvü və “Narimanfilm” kinostudiyasının baş direktoru Nəriman Məmmədov əldə olunmuş qələbənin əzəmətli hadisə olduğunu və illərlə təhlilə ehtiyac yaranacağını deyərək hər kəsi qələbə münasibətilə təbrik edib. O, “Nərimanfilm” kinostudiyası tərəfindən torpaqlarımızın işğaldan azad olunması ilə bağlı əsgər və zabitlərimizin göstərdikləri şücayəti özündə əks etdirən tammetrajlı bədii filmin çəkilməsi prosesinə başlanacağını və həmin filmin çəkilişlərinin işğaldan azad olunmuş torpaqlarda aparılacağı bildirib.

N.Məmmədov Ali Baş Komandanın təkcə hərb meydanında deyil informasiya cəbhəsində necə məharətlə mübarizə apardığı deyib. O, şəhid ailələrinə və döyüşlərdə sağlamlığını itirmiş qazilərimizə fərdi qaydada sahibkarların yardım göstərdiklərini, lakin bu məsələnin sistemli şəkildə həyata keçirilməsinə ehtiyyac duyulduğunu, sahibkarların gələcəkdə işə qəbul prosesində həmin həssas təbəqəyə üstünlük verməsinin onlara böyük dəstək olacağını qeyd edib.

T.Əliyev çəkiləcək filmin dünya festivallarında təmsil olunarsa Qarabağ həqiqətlərinin çatdırılmasında uğurlu addım olacağını bildirdi. Daha sonra o, şəhid ailələrinə və qazilərimizə maddi yardım göstərilməsi ilə bağlı Z.Həmzəyeva tərəfindən səsləndirilmiş fikirləri dəstəkləyərək vurğulayıb ki, dövlət orqanlarının da dəstəyi ilə “Qarabağ Azərbaycandır!” fondunun təkcə maddi dəstəklə kifayətlənməməsi, eyni zamanda, məşğulluq probleminin də həllində öz tövhəsini verməsi vacib addım olacaq.

“Caspian Energy Club”un idarə heyətinin üzvü və “Iteca Caspian/Caspian Event Organisers”in baş direktoru Fərid Məmmədov təbriklərə qoşularaq 2020-ci ilin digər xalqların yaddaşına pandemiya ili kimi qalacağını, lakin xalqımızın yaddaşında Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfər ili kimi xatırlanacağını bildirib: “2021-ci və gələcək illərdə planlaşdırdığımız sərgilər çərçivəsində Qarabağa investisiyalar cəlb edən layihə və şirkətlərə xüsusi diqqət ayıracağıq. Qarabağda işgüzar tədbirlərin keçirilməsinə imkan verən infrastruktur yaranan kimi sərgilər bu regionun sürətli bərpası və biznesin inkişafı üçün vacib platformaya çevriləcək. Bizim bu istiqamətdə artıq planlarımız mövcuddur”.

Onlayn tədbir zamanı “Caspian Energy Club”un komitə, altkomitə və işçi qruplarının rəhbərləri və üzvləri tərəfindən bir sıra təkliflər səsləndirilib. “Caspian Energy Club”un ümumi toplantısında səslənən təkliflər ali rəhbərliyə təklif paketi formasında yönləndiriləcək.

Sıralarında 50 ölkədən 5000 çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Qarabağ Azərbaycandır!

Biz birlikdə güclüyük!