Təhsil Nazirliyi Ağdam rayonunun təhsil statistikasını açıqlayıb.
Nazirlikdən Elitinfo.az-a bildirilib ki, Ağdam rayonunda 1992-1993-cü tədris ilində – işğal olunana qədər 99 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 29 min 478, müəllimlərin sayı isə 2 min 966 nəfər olub. 2020-2021-ci tədris ilində rayon üzrə 135 təhsil müəssisəsi fəaliyyətdədir, müəllimlərin ümumi sayı 2 min 997, şagirdlərin sayı isə 24 min 608 nəfərdir.