Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Çotari Alban-Udi kilsəsi haqqında qısa videoçarxı təqdim edir
Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Çotari Alban-Udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilmişdir. Kilsənin adı qəsəbədəki Çotari məhəlləsinin adından götürülmüşdür.