Cari ilin 10 ayında ölkədə keçən ilin müvafiq dövrünə nisbətən 5,4 faiz, yəni 1,6 milyard kubmetr artımla 30,5 milyard kubmetr təbii qaz hasil edilib.
Energetika Nazirliyindən Elitinfo.az-a bildirilib ki, qaz hasilatının 9,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 14,7 milyard kubmetri isə “Şahdəniz”dən əldə olunub.
Hesabat dövründə SOCAR üzrə isə 6,1 milyard kubmetr qaz hasil edilib.