Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 450 kvadratmetr olan avtomobil təmiri sexində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri və sexin dam örtüyü 20 kvadratmetr sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Elitinfo.az-a bildiriblər ki, sexin qalan hissəsi və içərisində olan “ВАЗ” markalı minik avtomobili yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.