“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin idarə heyəti adından qurumun icraçı direktoru, professor Erkin Nuriddinov Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə böyük Qələbə münasibətilə təbrik məktubu göndərib.
Elitinfo.az xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycan xalqını müharibədə Qələbə qazanması, Qarabağın işğaldan azad olunması münasibətilə təbrik edir, uğurlar və daha böyük inkişaf arzulayırıq”.
Bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərdə əks-hücumunu və torpaqların azad olunması prosesini hər gün izləyir və sevinirdik. Biz Azərbaycan xalqının ağrı-acısını yaxşı başa düşürük. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 17 ildə ən müxtəlif səviyyələrdə danışıqlarda iştirak edib. BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı 4 qətnaməsi ortadadır. İşğalçı Ermənistan nəinki bu qətnamələri yerinə yetirib, hətta Azərbaycanın yeni ərazilərini işğal etmək arzusuna düşmüşdü.
Məktubun sonunda deyilir: “Dostluq Cəmiyyətinin idarə heyəti əmindir ki, gələcəkdə də Özbəkistan və Azərbaycan arasında bütün sahələrdə əlaqələr möhkəmlənəcək və inkişaf edəcək”.