SOCAR müharibədə şəhid olmuş işçilərinin ailələrinə və əlil olmuş əməkdaşlarına birdəfəlik yardımlar edəcək.
Şirkətdən Elitinfo.az-a bildirilib ki, böyük Qələbənin əldə olunması üçün bir çox həmkarımız qəhrəmancasına şəhid olub. Allahdan onlara rəhmət diləyir, onlarla fəxr edirik.
– İkinci Qarabağ müharibəsində şəhid olmuş həmkarlarımızın ailələrinə SOCAR üzrə minimum əməkhaqqının 40 misli həcmində yardımlar veriləcək.
– Müharibədə əlil olmuş işçilərə isə SOCAR üzrə minimum əməkhaqqının 20 misli həcmində birdəfəlik yardımlar ediləcək.