Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi igid, cəsur, müzəffər Azərbaycan əsgərlərinin uğurları ilə fəxr edir və qürur hissi duyur. Kitabxananın İnformasiya-resurs şöbəsi azad edilmiş torpaqlar haqqında informasiya videoçarxları hazırlamağa mütəmadi olaraq davam edir.

İdarədən Elitinfo.az-a bildirilib ki, “Qarabağın döyünən ürəyi – Şuşa” adlı hazırlanan videoçarxda ilk olaraq Şuşa şəhərinin azad olunma tarixi verilir, daha sonra Şuşa haqqında ümumi informasiya çatdırılır.

Videoçarxda Şuşanın gerbi, iqtisadiyyatı, relyef və geologiyası, iqlimi, etimologiyası, dini, kino səhnəsi və kitabxanaları haqqında məlumat da nümayiş edilir.

Şuşa şəhəri haqqında informasiya ilə yanaşı, tarixi fotolarda videoçarxda göstərilir.

Videoçarxda, həmçinin tanınmış şəxsiyyətlər haqqında qısa məlumat verilib və həmin şəxsiyyətlərin fotoları təqdim olunub.

Videoçarxda müşayiət olunan “Şuşanın dağları” mahnısının ifası xanəndə Xan Şuşinskiyə məxsusdur.

Təşəkkür edirik Ali Baş Komandan!
İgid Vətən oğulları Sizinlə fəxr edirik!