Noyabrın 10-da Türkiyə Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Mehmet Mustafa Göksu və digər qonaqlar Azərbaycanın Dohadakı səfirliyini ziyarət ediblər.

Səfirlikdən Elitinfo.az-a bildiriblər ki, M.M.Göksu Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda işğalçı Ermənistana qarşı apardığı Vətən müharibəsində qazandığı şanlı Qələbə münasibətilə dövlətimizi və xalqımızı təbrik edib.

Öz növbəsində Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov qardaş Türkiyə dövlətinin və xalqının müharibə dövründə ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə minnətdarlığını bildirib, dost, qardaş ölkələrimizin və xalqlarımızın bundan sonra da bir-birinin yanında olacağını qeyd edib, Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu vurğulayıb.