M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları Qələbə Günü münasibətilə bir araya gəliblər.

Elitinfo.az xəbər verir ki, kitabxana əməkdaşları Vətən müharibəsinin getdiyi günlərdə ölkəmizin haqq işinə dəstək nümayiş etdiriblər.

Qələbə gününü qeyd edən kitabxanaçılar sevinclərini belə ifadə ediblər: “Bu savaşda hər birimiz Müzəffər Ali Baş Komandanın ətrafında birləşərək əsgər olduq, üç rəngli bayrağımızı azad etdiyimiz hər qarış torpaqda ucaltdıq, azad olunan hər kənddə, hər şəhərdə zəfər azanı oxuduq. Savaşımız haqq savaşıdır deyə, qələbəmiz də haqqın qələbəsidir.

Xalqımızı, millətimizi, Müzəffərə Ali Baş Komandanımızı, Prezidentimizi, bütün azərbaycanlıları təbrik edirik. Qələbəmiz mübarək!
Uca Allaha şükür edərək, qələbə sevincini bizə yaşadan hər bir igid əsgərin önündə baş əyirik. Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”