Noyabrın 8-də Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşa işğaldan azad olunub.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, nazirlik və “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi bu münasibətlə xalqımızı təbrik edir və ordumuza yeni zəfərlər arzulayır.

Qurum bununla bağlı “Vətən torpağı Şuşa” adlı poster və videoçarx hazırlayıb.

Videoçarxda “Bu gün ömrümüzün Şuşa günüdür”, “Bu gün can yerinə Şuşa deyirik”, “Qarşıla sən bizi, qarşıla, Vətən” və “Bitir həsrətimiz, sənə dönürük” kimi ifadələr yer alıb.