Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev elan etdi ki, Şanlı Ordumuz tarixi mədəniyyət mərkəzimiz olan Şuşa şəhərini 28 illik Ermənistan işğalından azad etmişdir. Bu münasibətlə əziz xalqıma ən səmimi təbriklərimi çatdırıram.

Elitinfo.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova özünün “Twitter” hesabında bildirib.