Bakı Dövlət Universitetinin (BDU) Həmkarlar İttifaqı Komitəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 7 min manat vəsait köçürüb.

Bu barədə Elitinfo.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, bununla da universitetin Fonda köçürdüyü vəsait ümumilikdə 480 656 manat təşkil edib. Daha əvvəl BDU büdcəsindən 200 000 manat ianə, universitet əməkdaşları isə fərdi qaydada müraciət edərək öz əməkhaqlarından ümumilikdə 273 656 manat yardım ediblər.