Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 mart tarixli tapşırığına uyğun olaraq, koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə çərçivəsində görülən tədbirlərlə bağlı Energetika Nazirliyində vətəndaş qəbullarının keçirilməsi dayandırılıb.

Elitinfo.az nazirliyə istinadla xəbər verir ki, vətəndaşların müraciətləri Energetika Nazirliyinin (012) 598-16-53/54 (daxili: 1145, 1146) telefon nömrəsi, (012) 598-16-55 qaynar xətti və “974” Çağrı mərkəzi vasitəsilə qəbul ediləcək və cavablandırılacaq. Bununla yanaşı, vətəndaşlar nazirliyin “minenergy.gov.az” internet səhifəsi və “minenergy@minenergy.gov.az” elektron poçt ünvanı vasitəsilə də müraciət edə bilərlər.