Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası istiqamətində əməliyyatları davam etdirir. Ermənistan silahlı qüvvələri bu gün də cəbhənin müxtəlif istiqamətlərində təxribata əl atıb. Azərbaycan Ordusu bu təxribat və hücumların qarşısını almaqdadır.

Elitinfo.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 3-də keçirilən brifinqdə bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın haqq işi beynəlxalq səviyyədə dəstəklənir.

Beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, Azərbaycan dövlətinin Prezidentimizin rəhbərliyi ilə apardığı uğurlu diplomatik fəaliyyətin nəticəsidir.