Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birinci kurs tələbələrindən ikisi Prezident təqaüdünə layiq görülüb.

Bu barədə Elitinfo.az-a universitetdən məlumat verilib. Bildirilib ki, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin informasiya təhlükəsizliyi ixtisasına qəbul olan Səbuhi Bürcəliyev və Əhməd İsmayılzadəyə Prezident təqaüdü veriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 29 oktyabr tarixli Sərəncamına əsasən 102 tələbə bu təqaüdə layiq görülüb.