Moldovada keçirilən prezident seçkilərində qalib müəyyənləşməyib.

Elitinfo.az Moldova Mərkəzi Seçki Komissiyasına istinadla xəbər verir ki, seçki bülletenlərinin 90 faizi hesablanıb. Səsvermənin nəticələrinə görə, hazırkı Prezident İqor Dodon seçicilərin 35,84 faizini, keçmiş Baş Nazir Maya Sandu isə seçicilərin 32,15 faizini toplaya bilib.

Digər 6 namizəd isə az səslə digər iki namizəddən geri qalıb.

Seçki qanunvericiliyinə görə, namizədlərdən biri 50 faizdən çox səs toplamadığı halda, seçkilərin ikinci turu keçirilir. Beləliklə, ikinci turda prezidentliyə namizədlər İqor Dodon və Maya Sandu mübarizə aparacaq.