Futbol üzrə İslandiya çempionatı və kuboku vaxtından əvvəl başa çatıb.

Elitinfo.az xəbər verir ki, bu addım koronavirus pandemiyası səbəbindən atılıb.

Qərar bu ilin iyununda qurumun idarə heyətinin açıqladığı təhlükəsizlik protokoluna uyğun olaraq qəbul edilib.

On səkkiz turdan sonra 44 xalı olan “Valür” klubu çempionatın sonuna 4 oyun qalmış çempion elan olunub. 2018/2019-cu il mövsümündə “Qarabağ”ın formasını geyinmiş İslandiya millisinin qapıçısı Hannes Halldorsson hazırda bu komandada çıxış edir.