Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi cəbhə bölgəsində gedən döyüşlərdə şücaət göstərən Azərbaycan Ordusuna dəstək olaraq “Şücaətli Azərbaycan Ordusunun uğurları” adlı layihəyə start verib.

Kitabxanadan Elitinfo.az-a bildirilib ki, layihə əsasında hazırlanan ilk videoçarxda azad edilmiş Azərbaycan torpaqları haqqında məlumatlar verilir.

Videoçarx Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi “Azərbaycan” mahnısı ilə müşayiət edilir.