“FranckMuller” saatlarının banisi Vartan Sermakes Azərbaycanın işğal olnumuş Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub.

Elitinfo.az xəbər verir ki, bu barədə özünün “Twitter” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.

Hikmət Hacıyev bildirib: “FranckMuller” saatlarının banisi Vartan Sermakes Azərbaycanın işğal olnumuş Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub. Bizdə Sermakesə qarşı cinayət işinin başladılması üçün yerlərdə daha çox fakt olacaq”.