Şahmat üzrə “Titled Tuesday Blitz” Qran-Prisinin mərhələ yarışında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov üçüncü yeri tutub.

Elitinfo.az xəbər verir ki, Ş.Məmmədyarov İsveçrə üsulu ilə keçirilən turnirin 11 turundan 9,5 toplayıb.

Qeyd edək ki, onunla eyni xalı yığan rusiyalı Sergey Karyakin və FIDE-nin bayrağı altında çıxış edən Əlirza Firuzca əlavə göstəricilərə görə, birinci və ikinci yerləri tutublar.