Sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 65,2 faizi istiqrazlar və pul bazarı alətləri, 14,4 faizi səhmlər, 6 faizi daşınmaz əmlak və 14,4 faizi (101,8 ton) isə qızıl təşkil edib.
Elitinfo.az xəbər verir ki, bu barədə Neft Fondunun cari ilin 9 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.