Hindistanın Kəlküttə şəhərində sürətli şahmat üzrə ilk “Tata Steel India Rapid Chess 2018” turnirinə start verilib.
Elitinfo.az xəbər verir ki, turnirdə 10 ən güclü qrossmeyster – azərbaycanlı Şəhriyar Məmmədyarov, rusiyalı Sergey Karyakin, amerikalılar Uesli So və Hikaru Nakamura, erməni Levon Aronyan, hindistanlılar Vişvanatan Anand, Pentala Harikrişna, Santoş Vidit, Surya Qanquli və Sarin Nihal qələbə uğrunda mübarizə aparırlar.
Turnirin ilk gününün yekunlarına görə, üç turda hərəyə 2 xal toplayan Şəhriyar Məmmədyarov, Pentala Harikrişna və Levon Aronyan liderliyi ələ alıblar. Vişvanatan Anand, Sergey Karyakin, Hikaru Nakamura və Uesli So hərəyə 1,5 xal toplayıblar. Digər şahmatçılar – Sarin Nihal, Surya Qanquli və Santoş Viditin 1 xalı var.
Bu gün yarışların 4-6-cı turları keçirilir.