Oktyabrın 26-da Pirqulu seysmoloji stansiyasından 14 kilometr cənubda – Şamaxı rayonunda maqnitudası 3.1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Elitinfo.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:50-də qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.