Ermənistan silahlı qüvvələri humanitar atəşkəsi kobud şəkildə pozaraq Tərtər rayonuna artilleriya və raketlərdən istifadə etməklə hücum edir.

Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, səhər saat 08.00-dan indiyədək Azərbaycanın yaşayış məntəqələrinə 200-dən çox mərmi atılıb.