Azərbaycan Ordusuna məxsus zərbə pilotsuz uçuş aparatının (PUA) cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.