İstanbulda təlim təyyarəsi qəzaya uğrayıb.

Elitinfo.az xəbər verir ki, hadisə şəhərin Böyükçekmece gölü yaxınında boş ərazidə baş verib.

Qəzada bir pilot yaralanıb. Təyyarənin Hazerfen hava limanından uçuş etdiyi bildirilir.
Hadisə yerində araşdırmalar aparılır.