Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) hər il təşkil etdiyi xeyriyyə auksionunun beşincisini bu dəfə ordumuza həsr edəcək. ADMİU-nun Rəssamlıq fakültəsinin professor-müəllim heyətinin yaradıcılıq əsərlərindən ibarət “Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu keçiriləcək.

Bu barədə Elitinfo.az-a universitetdən məlumat verilib. Bildirilib ki, auksiondan əldə olunan gəlir Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediləcək.
“Qarabağ Azərbaycandır!” xeyriyyə auksionu oktyabrın 24-də universitetin əsas binasında təşkil olunacaq.