Təhsil Nazirliyi yeni layihəyə – “Qarabağın məşhur müəllimləri” start verir.

Nazirlikdən Elitinfo.az-a bildirilib ki, layihə çərçivəsində, Qarabağda doğulmuş və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olmuş tanınmış şəxslər barədə məlumatlar təqdim olunacaq. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.