Gəncənin Nizami rayonunda oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Elitinfo.az-a bildiriblər ki, Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Yeni Gəncə qəsəbəsindəki orta məktəblərdən birinin kompüter otağından 2700 manat dəyərində 9 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri E.Həsənov və bir yeniyetmə saxlanılıblar.
Hadisə İlə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.