Ermənistanın azərbaycanlı mülki vətəndaşlara qarşı müharibə cinayətləri davam edir.
Elitinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında bildirib.
Prezidentin köməkçisi qeyd edib ki, oktyabrın 20-də 6 şəhərə 498 mərmi, 4 raket və 3 dron hücumu olub:
Tərtər – 423 mərmi
Ağdam – 49 mərmi
Ağcabədi – 24 mərmi
Goranboy – 2 mərmi
Naftalan/Goranboy – “Smerç” raketləri.
Tərtərdə 2 mülki şəxs həlak olub, bir nəfər yaralanıb.