Bakının “Neftçi” futbol klubunun sabiq prezidenti Orxan Hüseynzadə UEFA-dan yeni təyinat alıb.
Elitinfo.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Hapoel” (Beer-Şeva, İsrail)-“Slaviya” (Praqa, Çexiya) matçında UEFA nümayəndəsi olacaq.
Oktyabrın 22-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.