Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı hücumları ilə bağlı hər bir fakt Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən sənədləşdirilir, cinayət işləri başlanır, materiallar toplanır.
Elitinfo.az xəbər verir ki, bu sözləri oktyabrın 19-da ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, daxili prosedurlar başa çatdıqdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı hücumlarla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə və digər aidiyyəti qurumlara müraciətlərin edilməsi nəzərdə tutulub.